Ganja International School

Gəncə Beynəlxalq Məktəbi haqqında
GBM-nin məqsədi
GBM-nin məqsədi uşaqların bütün potensialının inkişaf etdirilməsinə şərait yaradan və həyatları üçün möhkəm təməl və beynəlxalq perspektivlə təmin edən məktəb olmaqdır.


Məlumat kitabçası əldə etmək üçün bu link üstündə basın

Tarix
GBM 2003-cü il May ayında 6 nəfərlik siniflə fəaliyyətə başlamışdır. 2004-cü ildə uşaqların sayı artıq 40-a, 2005-ci ildə 90-a çatdı. 2005-ci ildən 2006-ci ilədək uşaqların sayı sabit qaldı.

Uşaqların əksəriyyəti Azərbaycanlıdır, lakin az sayda xarici uşaqlar da var. Məktəbin açılmasının məqsədlərinin biri Gəncədə yaşayan xarici ailələrin uşaqlarını təhsillə təmin etməkdir. GBM-nin fəaliyyətə başlamasının ilkin səbəbi beynəlxalq təşkilatların Gəncədə olan xarici uşaqların uyğun məktəblə təminatının zəif olmasıdır.

► Təlim Azərbaycan və İngilis dillərindədir.
► 3-8 yaşlı uşaqlar qəbul edilir.
► Birləşmiş Krallığın bağça, harırlıq və 1-4 siniflərinə uyğun gələn sistemdir.

Ödəniş
2006-2007 tədris ili üçün təhsil haqqı 300$-dır (təxminən ayda $33). Ödəniş birdəfəlik yaxud hissə-hissə ola bilər. Xüsusi tədrisə ehtiyacı olan uşaqlara və aztəminatlı ailələrdən olan uşaqlara güzəşt (kömək) bəzi vaxt verilə bilər.

Administrasiya və İdarəçilik
GBM “S and P Training”in nəzdində hüquqi fəaliyyət göstərir. Məktəb Təhsil üzrə Direktor və Maliyyə üzrə Direktor tərəfindən gündəlik idarə olunur. Məktəbin idarə heyəti fəal Məktəb Şurası tərəfindən dəstəklənir.

GBM qeyri-mənfəət təşkilat kimi fəaliyyət göstərir və buna görə də könüllüləri məktəbdə işə, birbaşa maliyyə dəstəyi, bəzi uşaqlar üçün materiallar və sponsorlar cəlb edir.

Heyət
GBM-in heyəti Təhsil üzrə Direktor, R.Thori, Maliyyə üzrə Direktor, İ.Young və Reklam Direktoru R.Denison (hər ikisi Amerikalı), səkkiz müəllim və altı köməkçi, xüsusi tədrisə ehtiyacı olan uşaqlara köməkçi, katibə, tibb bacısı və dəstək heyətindən ibarətdir.

Rick Denison və Israel Young, Biznes üzrə Direktorlar və Ragnhild Thori, Təhsil üzrə Direktor

Xüsusi tədrisə ehtiyacı olan uşaqlar
GBM inanır ki, xüsusi tədrisə ehtiyacı (XTE) olan uşaqlar təhsillərini mümkün qədər digər uşaqlarla birgə alsınlar. Bu hər iki – XTE və XTE olmayan – uşaqların ünsiyyətinə kömək edəcək, baxmayaraq ki, müəllimlər üçün nisbətən ağırdır. Müəllimlərə kömək etmək üçün GBM-də XTE olanlara köməkçi və məsləhətçi işləyir. Hal-hazırda GBM-də 3 XTE olan uşaq qeydə alınıb.

Dilşad, XTE-ı olan uşaqlar üçün köməkçi

Məktəbin etikası
GBM yüksək davranış qaydalarına böyük üstünlük verir. İnanır ki, belə etməklə, gələcək nəsli mükəmməl təhsillə təmin etməyə kömək edəcək, təkcə biliklə təmin etmir; həm də davranış normalarını təmin edir.

Hüquqi status
Hal-hazırda Azərbaycanda xüsusi məktəb açmaq çətindir və çox az xüsusi məktəb qeydiyyatdan keçib.

GBM fəaliyyəti göstərmək üçün Təhsil Nazirliyinə müraciət edib. Təhsil Nazirliyi bildirib ki, GBM yalnız aşağı və ibtidai səviyyədə fəaliyyət göstərdiyinə görə lisensiyaya ehtiyac yoxdur.

Bu GBM-i üçün qənaətbəxş vəziyyət deyil. Hal-hazırda Azərbaycanda yeni təhsil qanunu müzakirə edilir. GBM-in rəhbərləri ümid edir və gözləyir ki, bu yeni qanun həm GBM-i üçün həm də ümumiyyətlə xüsusi məktəblərin yaradılmasına və qeydiyyatına yol açacaq.

Proqram
GBM proqramı İngilis təhsil proqramına çox yaxındır. Başlanğıc mərhələdə İngilis proqramında 11 fənn daxildir, aşağıdakılardır.
1. İncəsənət və dizayn
2. Dizayn və texnologiya
3. Dil tədrisi (adi İngilis dilindən daha geniş)
4. Cografiya
5. Tarix
6. Riyazi biliklərin tədrisi (riyaziyyatdan daha geniş)
7. Kompüter
8. Musiqi
9. İdman / bədən tərbiyəsi
10. Dini təhsil
11. Elm

GBM aşağıdakı dəyişiklikləri edib:
1. Dini təhsil daxil deyil
2. Azərbaycan dili daxil edilib, və Rus dili 3-cü sinifdən yuxarı
3. Tarix əhatə olunub, mövzular isə Azərbaycan tarixi ilə əlaqələndirilib (məsələn İpək Yolu)
4. Dil tədrisində İngilis dili tədrisinə diqqət yönəldilib ancaq bu fənnin tədrisində Birləşmiş Krallığın milli tədris proqramı izləmək qeyri mümkündür.

Dərs saatları
GBM-də həftədə 21 saat dərs olur. Dərslər 9-da başlayır və 3-də qurtarır.
.
Azərbaycan və İngilis tədris proqramlarının vacibliyi
Sağdakı şəkil GBM-də Azərbaycan və İngiltərə tədris proqramlarına verilən əhəmiyyəti göstərir. Məqsdimiz Azərbaycan tədris proqramını tamamilə əhatə etməkdir. Eyni zamanda İngiltərə tədris proqramını bacardıqca çox əhatə etmək istəyirik.

İngilis və Azərbaycan dilləri
GBM-də bütün dərslər İngilis dilində aparılmır. GBM-də iki dil, İngilis dili və Azərbaycan dili, istifadə olunur. GBM-nin müvafiq təsviri ikinci dilin Azərbaycan dili olduğu İngilis bölməli məktəbdir. GBM məqsədinə görə dərslərin təqribən 60%-i İngilis, 40%-i Azərbyacan dilində aparılır. Buna baxmayaraq aşağı siniflərdə dərslərin əsas hissəsi Azərbaycan dilində aparılır.

“Ümumiyyətlə GBM-nin İngilis dili proqramı, həm müəllimlərin dil ixtisasında həm də metodologiyasında müvafiq təlimat standartlarını qazanır. İngilis dilini öyrənənlər yalnız İngilis dili mənimsəmir, həmçinin İngilis dilindən istifadə edərək öyrənirlər.” Eddie McGee Gəncədə yaşayan Amerika Səfirliyinin nümayəndəsi.

GBM-nin məqsədi Azərbaycan və B.K. tədris proqramlarının tələblərini ödəməkdir. Aşağıda göstərildiyi kimi, bu mümkundur.

 

Azərbaycanda tədris saatları*

GBM-nin saatları

İngiltərədə təklif olunan tədris saatlar

Ana dili

10-11

7:00

5:00-7:30

Xarici dil

1

 

 

Riyaziyyat

4

3:30

3:45

Əlm

2

1:30

1:30

Dizayn və texnologiya

2

:45

:50

Bədən tərbiyəsi

2

1:30

1:15

İncəsənət

1

1:30

:50

Musiqi

1

1:30

:50

Azərbaycan dili

 

2:15

:00

Tarix

 

0:45

:50

Cografiya

 

0:45

:50

Kompüter

 

0:45

:50

Ümumi

20-22

21:45

21:45


*Azərbaycan məktəbində standard dərs müddəti 45 dəqiqədir. Buna görə dərs müddəti hər fənnə görə həm Azərbaycan həm İngilis məktəblərinin tələblərini ödəyir.

Yoxlamalar
Bu il GBM-nin tədris heyəti dərs ilinin sonunda 1-ci sinfdə BK-in SAT-i (Standart Mənimsəmə Testi) yoxlama usulu başlayıb və indiki tədris ilində də bu yoxlamar davam edəcək.

Ümumi məktəb yığıncağı
Bütün məktəb həftədə üç dəfə toplanır. Bu zaman Azərbaycan Milli Himni uşaqlar tərəfindən onunur, bəzi qeydlər aparılır, uşaqlara həvəsləndirici sertifikatlar verilir, siniflər hazırladıqları mahnıları təqdim edə bilərlər.

Kitabxana və başqa vəsaitlər
GBM-nin İngilis dilində 1000 uşaq kitabı, projektoru, televizor və videosu və uşaqların istifadəsi üçün çoxlu kompüterləri, bağça sinifləri üçün qum və su oyun bölmələri var.

Məktəbdən kənar fəaliyyətləri
GBM çoxlu gezintilər təşkil edir. Şəkil qalereyasında onları görə bilərsiniz. Həmçinin həftədə üç dəfə dərsdən sonra şahmat məşğələləri də var.